İran prezidenti Həsən Ruhaninin ABŞ-ın yəni sanksiyalarına sərt reaksiyası

İran prezidenti Həsən Ruhani ABŞ-ın ölkəsinə yönəldilmiş yeni sanksiyalara sərt reaksiya göstərdi.

778144
İran prezidenti Həsən Ruhaninin ABŞ-ın yəni sanksiyalarına sərt reaksiyası

İran prezidenti Həsən Ruhani ABŞ-ın ölkəsinə yönəldilmiş yeni sanksiyalara sərt reaksiya göstərdi.

Nazirlər Şurasının yığıncağında ABŞ Nümayəndələr Palatasının İrana qarşı qəbul etdiyi sanksiya qərarlarını dəyərləndirən Ruhani bildirib ki, ABŞ-ın qərarına mütləq cavab veriləcəkdir. Düşmən imzalanan razılaşmanın bir hissəsini tapdalayırsa biz də bir hissəsini pozarıq, tamamilə pozarsa biz də eyni addımı atarıq. Buna oxşar sanksiyalar nə İran milləti və dövlətinin müqavimətini sındara bilər və nə də siyasi və rəhbərliyində bir dəyişikliyə gətirib çıxarar.

“Ölkəmizin mənfəətləri istiqamətində lazım gəldikdə bütün addımlar atılacaqdır. ABŞ-ın sanksiyalarını və siyasətlərini nəzərə almadan öz yolumuzda davam edəcəyik”-deyə Ruhani vurğulayıb.

Ruhani hər hansı xarici bir ölkənin təzyiqinə baxmayaraq, hərbi sahədəki inkişafını davam etdirəcəklərini də dilə gətirərək bildirib: “Özgələrinin düşüncələri nə olarsa olsun, bütün müdafiə silahlarımızı davamlı inkişaf etdirmələyik və bunu davam etdirəcəyik”.   

İran prezidenti ABŞ-nı bölgənin həssas su yollarının dünya üçün etibarlı su yolu olmasını istəyirsə belə siyasətlərdən imtina etməyə çağırıb.  

ABŞ Nümayəndələr Palatasında dünən keçirilən səsvermədə İran Rusiya və Şimali Koreyaya yeni sanksiyalar tətbiq edilməsi qərara alındı.

Qərar layihəsində İran ballistik raket fəaliyyətlərinə görə sanksiya tətbiq ediləcək ölkələr siyahısına daxil edildi.



Әlaqәli Xәbәrlәr