ABŞ donanmasının gəmisi İran İnqilab Qvardiyasına aid gəmiyə tərəf xəbərdarlıq atəşi açdı

Xəbəri  AFP informasiya agentliyi yaydı.

777538
ABŞ donanmasının gəmisi İran İnqilab Qvardiyasına aid gəmiyə tərəf xəbərdarlıq atəşi açdı

Amerika Birləşmiş Ştatları donanmasına məxsus gəmi İran İnqilab Qvardiyasına aid gəmiyə tərəf xəbərdarlıq atəşi açdı.
 
 AFP informasiya agentliyinin yaydığı xəbərə görə, ABŞ-ın hərbi səlahiyyətli şəxsi Ərəb körfəzinin şimalında ABŞ donanmasına məxsus "USS Thunderbolt" adlı patrul gəmisinə 150 metrə qədər yaxınlaşan İrana gəmisinə xəbərdarlıq atəşinin açıldığını bildirib.
 
 Adı açıqlanmayan səlahiyyətli şəxs İran gəmisinin ABŞ donanması tərəfindən verilən xəbərdarlıq siqnallarına əhəmiyyət vermədiyini iddia edərək: "İran İnqilab Qvardiyasına aid gəmi yüksək sürətlə irəliləyirdi. Heç bir siqnala cavab vermədi. Xəbərdarlıq atəşi açmaqdan başqa seçimimiz yox idi" deyib.
 
 ABŞ rəsmisi hadisə anında beynəlxalq sularda ABŞ Dəniz Qüvvələrinin vəzifə başında olan başqa gəmilərinin də olduğunu qeyd edərək, xəbərdarlıq atəşlərinin toqquşma ehtimalını qarşısını almaq üçün edildiyini bildirib.
 
İran sahil təhlükəsizlik kateri  provakativ hərəkəti dayandırıb, amma bir neçə saat bölgədə qalıb.



Әlaqәli Xәbәrlәr