Suriya müxalifəti ilə rejim heyəti vasitəçisiz danışıqlar apara bilərlər

Birləşmiş Millətlət Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura yaxın gələcəkdə ilk dəfə Suriya müxalifətinin və rejim heyətinin birbaşa görüşə biləcəyini bildirdi.

770355
Suriya müxalifəti ilə rejim heyəti vasitəçisiz danışıqlar apara bilərlər

Birləşmiş Millətlət Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura  İsveçrənin Cenevrə şəhərində 7-ci dəfə keçirilən Suriya danışıqlarının dördüncü günündə Bəşər Cəfərinin rəhbərlik etdiyi rejim nümayəndə heyəti ilə görüşdü.
 
 BMT nümayəndəsi Cenevrə ofisində baş tutan görüşdən əvvəl mətbuat nümayəndələrinə açıqlama verdi.
 
 De Mistura müxaliflərin yaratdığı Müzakirə Ali Komitəsinin  rejim nümayəndə heyəti ilə yaxın gələcəkdə vasitəçisiz görüşə biləcəyini söylədi.
 
 
 Müxalifətin Suriya danışıqlarına qatılan  nümayəndə heyətinin başçısı Nasır Hariri uzun müddətdir ki, rejim nümayəndə heyəti ilə eyni masa ətrafına toplaşaraq birbaşa danışıqlar aparılmasının zəruriliyini vurğulayır.



Әlaqәli Xәbәrlәr