DAEŞ terrorçuları Telaferi “xəlifəli müstəqil dövlət” elan etdi

İraq Ordusu qəsəbəni qurtarmaq üçün hərbi əməliyyatlara başlayıb.

770658
DAEŞ terrorçuları Telaferi “xəlifəli müstəqil dövlət” elan etdi

  DAEŞ terrorçuları İraqın Inova bölgəsindəkı Telafer qəsəbəsini “xəlifəli müstəqil dövlət” elan edib.

  İraqın El Sumaria televiziyasının xəbərinə görə, terror təşkilatının Telaferdəki sözdə liderləri qəsəbəni “müstəqil dövlət” elan edərək əmrlərinə tabel olmayanları cəzalandıracaqları ilə qorxudurlar.

  Qeyd edək ki, Mosulun 50 kilometr qərbində yerləşən Telafer terrorçular tərəfindən 2014-cü ildə ələ keçirilib.

  İraq Ordusu qəsəbəni qurtarmaq üçün hərbi əməliyyatlara başlayıb.



Әlaqәli Xәbәrlәr