ABŞ-ın Suriya və İraq yaşayış məskənlərinə "xalça bombardmanı"

Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi əsgərlərinin Rakkada olduğunu ilk dəfə təsdiqlədi.

769993
ABŞ-ın Suriya və İraq yaşayış məskənlərinə "xalça bombardmanı"

  Suriyada terror təşkilatı DAEŞ əleyhdarı qüvvələr Rakka şəhərinin 30 faizini nəzarət altına aldı.

  Son bir həftədə DAEŞ Amerika dəstəkli silahlı qüvvələrə şiddətli müqavimət göstərir. Qarşıdurmaların artmasıyla DAEŞ əleyhdarı qüvvələrin tərkibində olan digər terror təşkilatı YPG sıralarındakı itkilər də çoxalır.

  YPG üçün döyüşən iki ABŞ və bir Britaniya vətəndaşı ölüb. Ölən amerikalılardan biri ötən illərdə "Wall Street”i işğal et" hərəkatı adı ilə ictimai mediada paylaşmalar edirmiş.

  Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi əsgərlərinin Rakkada olduğunu ilk dəfə təsdiqlədi, amma bu əsgərlərin qarşıdurmalarda iştirak etmədikləri, məsləhətçi olduqlarını bildirdi.

  Rakkada iki od arasında qalan ən az 50 min vətəndaş üçünsə narahatlıqlar artır.

  Mərkəzi Londonda olan “Airwars” qeyri-hökumət təşkilatı Amerika Hava Qüvvələrinin Suriya və İraq yaşayış məskənlərinə "xalça bombardmanı" törətdiyi üçün təqsirləndirib. “Airwars”a görə, Amerika bombardmanları bu iki ölkədə təkcə keçən ay 744 sadə vətəndaşın ölümünə yol açıb.



Әlaqәli Xәbәrlәr