PKK/PYD Hәlәbin Mare rayonuna raket zәrbәlәri endirib

Bu barәdә Hələbin Mare rayonundakı  mülki müdafiə rəsmisi Məhəmməd Əl Hatib məlumat verib.

768189
PKK/PYD Hәlәbin Mare rayonuna raket zәrbәlәri endirib

Terror təşkilatı PKK/PYD-nin  Suriyanın Hələb şəhərinin  Mare rayonuna təşkil etdiyi  hücum nəticəsində  5 nəfər yaralanıb.

Bu barədə Hələbin Mare rayonundakı  mülki müdafiə rəsmisi Məhəmməd Əl Hatib məlumat verib.

O, terror təşkilatı PKK/PYD-nin Mare rayonuna raket zərbəlәri  endirdiyini bildirib.

Məhəmməd Əl Hatib hücum nəticəsində xəsarət alanların xəstəxanaya çatdırıldığını qeyd edib.



Әlaqәli Xәbәrlәr