Heydər əl-İbadi Mosulun  terror təşkilatı DEAŞ-dan azad olunduğunu rəsmən elan edib

İraqın baş naziri Heydər əl-İbadi Mosulun  terror təşkilatı DEAŞ-dan azad olunduğunu rəsmən elan edib.

768191
Heydər əl-İbadi Mosulun  terror təşkilatı DEAŞ-dan azad olunduğunu rəsmən elan edib

İraqın baş naziri Heydər əl-İbadi Mosulun  terror təşkilatı DEAŞ-dan azad olunduğunu rəsmən elan edib.

Әldә olunan zəfər münasibətilə açıqlama verən Heydər əl-İbadi deyib: “Mosulun qəlbindən terror təşkilatı DEAŞ-ın çökdüyünü və zəfər qazanıldığını elan edirəm”.

İraqın silahlı qüvvələrini və yerli əhalini təbrik edən Heydər əl-İbadi DEAŞ-a qarşı mübarizədə dəstək verən ölkələrə də təşəkkürünü bildirib.

Baş nazir açıqlamasının sonunda İraq bayrağını qaldıraraq “Yaşasın İraq” şüarını səsləndirib.

Xatırladaq ki, İraqın ikinci böyük şəhəri olan Mosul 2014-cü ilin iyununda DEAŞ-ın nəzarətinə keçmişdi.



Әlaqәli Xәbәrlәr