Mosul terrorçulardan tamamilə azad edildi

İraqın ikinci böyük şəhəri Mosul terror təşkilatı DAEŞ-dən tamamilə təmziləndi. İraq dövlət televiziyası tərəfindən də "Mosul DAEŞ-dən qurtarıldı" deyə rəsmən elan olunub.

  Ölkənin Baş naziri Heydər İbadi Mosulda DAEŞ üzərində qazanılan qələbəyə görə təhlükəsizlik qüvvələri və İraq xalqını təbrik edib.

  Mosulun qədim şəhər hissəsini qurtadıqdan sonra İraq Ordusu Dəclə çayına qədər irəliləyib. Terrorçular çaydan keçməyə çalışarkən onlardan 30-u elə çaydaca öldürülüb.

  Qeyd edək ki, İraqın ikinci böyük şəhəri Mosulu DAEŞ terrorçuları 3 il qabaq - 2014-cü ilin iyun ayında ələ keçirmişdilər. İraq ordusu beynəlxalq koalisiya qüvvələrinin yardımı ilə keçən ilin 17 oktyabr tarixindən Mosulun DAEŞ-dən qurtarılması üçün şərq yaxasında əməliyyata başladı. Təxminən 100 gün davam edən əməliyyatlar nəticəsində şərq yaxası bu ilin 24 yanvarından DAEŞ-dən tamamilə geri alındı. Ondan sonra - 19 fevraldan isə Mosulun qərb yaxasının qurtarılması üçün üç cəbhədən əməliyyata keçildi.

  Nəticədə İraqın Mosul torpaqları terrorçulardan tamamilə azad olundu.

Әlaqәli Xәbәrlәr