Kıbrıs Konfransı nəticəsiz qaldı

BMT-nin Baş katibi Antonio Quterreş İsveçrədə iyunun 28-də start alan Kıbrıs Konfransından heç bir nəticə əldə edilmədən başa çatdığını açıqlayıb.

766197
Kıbrıs Konfransı nəticəsiz qaldı

BMT-nin Baş katibi Antonio Quterreş İsveçrədə iyunun 28-də start alan Kıbrıs Konfransından heç bir nəticə əldə edilmədən başa çatdığını açıqlayıb.

Crans-Montana şəhərində keçirilən konfransın son günündə baş tutan yığıncaqlara başçılıq edən və ikitərəfli görüşlər keçirən Baş katib tərəflərlə rəsmi şam yeməyində bir araya gəlib.

Quttereş 5 saata yaxın davam edən yeməkli yığıncaqdan sonra verdiyi açıqlamada bildirib ki,  iki icmanın liderlərinə də minnətdarlığımı ifadə etmək, adanın şimalında və cənubundakı bütün kıbrıslılar üçün ən yaxşı diləklərimi təqdim etmək istəyirəm.

Zamin ölkələr və Avropa İttifaqına da minnətdarlığını bildirən Quttereş iki tərəfin mövqelərini yaxınlaşdırmaq üçün əlin gələn cəhdi göstərən BMT-nin Kıbrıs üzrə xüsusi nümayəndəsi Espen Barth Eide başçılığındakı BMT heyətinə də təqdirlərini çatdırıb.

Antonio Quttereş konfransın nəticəsiz qalmasının Kıbrıs məsələnin həlli istiqamətində başqa təşəbbüslər olmayacağı mənasını daşımadığını da sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr