Türkiyə, Rusiya və İran heyətləri Suriyadan danışdı

Qazaxıstanın paytaxtı Astanada təşkil edilən Suriya ilə bağlı görüşün 5-ci mərhələsində dünən (04.07.2017) Türkiyə, Rusiya və İran heyətləri danışıqlar aparıb.

764926
Türkiyə, Rusiya və İran heyətləri Suriyadan danışdı

   Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev danışıqlarda Humusun müəyyən və Şərqi Qutanın münaqişəsiz bölgələrində sərhədlərin təyin olunduğunu söyləyib.

  Dünən səhər başlayan texniki danışıqlardan sonra Türkiyənin Xarici İşlər Nazirliyi müavini Sedat Önalın başçılıq etdiyi Türkiyə heyəti hərbi müxalifət və Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura ilə görüşüb.

  Bu sırada Rusiya və İran nümayəndə heyətləri isə Bəşər Əsəd hökuməti heyətiylə bir araya gəliblər.

  İordaniya və Amerika Birləşmiş Ştatlarında diplomatların iştirakıyla olan yığıncaqlarda müxalifət heyəti bir sıra Avropa ölkələri nümayəndələrilə görüşüb.

  Bütün tərəflərin bir araya gələcəyi və Qazaxıstanın Xarici İşlər naziri Kayrat Əbdurəhmanovun sədrliyilə olacaq əsas iclas bu gündür (05.07.2017).



Әlaqәli Xәbәrlәr