“Şahdəniz 2” təbii qaz yatağının platformaları bir-birinə körpü ilə birləşəcək

Xəzər dənizindəki “Şahdəniz 2” təbii qaz yatağında tikilən birinci platformada montaj mərhələsinə keçildi.

764478
“Şahdəniz 2” təbii qaz yatağının platformaları bir-birinə körpü ilə birləşəcək

   “British Petroleum”un (BP) Azərbaycan ofisindən verilən məlumata görə, “Şahdəniz 2” yatağında yaşayış blokları və texniki təchizat platformasının əsas işləri müvəffəqiyyətlə yerinə yetirilib. Bundan əvvəl gəmidə yerləşən texniki qrup artıq platformaya köçüb, nizamlama və montaj işlərinə başlanılıb.

  “Şahdəniz 2” bir-birinə körpü ilə birləşəcək iki platforma və 26 quyudan ibarət olacaq. Buradan çıxan təbii qazın Cənubi Qafqaz Boru Kəməri, Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Xəttindən (TAP) ibarət Cənubi Qaz Dəhlizi ilə Türkiyə və Avropaya daşınması nəzərdə tutulur.

  İlk təbii qaz axını 2018-ci ildə baş tutacaq. İllik 6 milyard kubmetr təbii qazın Türkiyəyə, 10 milyard kubmetr təbii qazın isə Avropaya göndərilməsi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr