Əsəd rejimi Duma qəsəbəsinə havadan hücum edib

Suriyada Bəşər Əsəd rejimi Qazaxıstanın paytaxtı Astanada Suriya danışıqlarının davam etdiyi bir vaxtda “münaqişəsiz bölgələrin” içində yer tutan Duma qəsəbəsinə havadan hücum edib.

764369

Hücum nəticəsində bir uşaq ilə bir qadın həlak olub, xeyli sayda  dinc vətəndaş isə yaralanıb.

Duma 5 ilə yaxındır rejim və ona dəstək olan xarici terrorçu qrupların hərbi mühasirəsindədir.

200 minə yaxın insanın sığındığı Duma qəsəbəsi 4-5 may tarixlərində Türkiyə, Rusiya və İranın Astanada keçirilən 4-cü danışıqları nəticəsində qəbul edilən “münaqişəsiz bölgələri” arasında yer tutur.

Astanada bugün başlanan 5-ci yığıncaqda münaqişəsiz bölgələrin dəqiq sərhədlərinin müəyyənləşdirilməsi, sərhəd boyunca təşkil ediləcək  təhlükəsiz bölgələrin aşkarlanması, atəşkəsə nəzarət məqsədi ilə üç zamin ölkə arasında koordinasiya komitəsinin qurulması və rejimin nəzarətindəki həbsxanalardakı məhkumların sərbəst buraxılması kimi mövzular müzakirə olunur.  

Әlaqәli Xәbәrlәr