Növbəti Astana danışıqlarına 4 iyulda start veriləcək

Suriya ilə əlaqəli növbəti danışıqlar 4-5 İyulda Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. Sayca 5-ci baş tutacaq bu danışıqlar əvvəli zəmanətçi ölkələr ortaq fəaliyyət qrupu yığıncağında  bir araya  gələcəklər.

761294
Növbəti Astana danışıqlarına 4 iyulda  start veriləcək

Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına görə zəmanətçi ölkələr olan Türkiyə, Rusiya və İran 3 İyulda ortaq iş qrupu yığıncağı keçirəcəklər. Nazirliyin açıqlamasında bildirilib ki, sayca 5-ci baş tutacaq Astana Yığıncağında Suriyada təhlükəsiz zonaların yaradılmasına dair razılaşmadakı hökmlərin tətbiqinə ilə bağlı danışıqlar olacaq. Tərəflər, təhlükəsiz zonalardaki sərhədlər və xəritələr mövzusunda razılaşmaları, nəzarət qüvvələrinin fəaliyyətini tənzimləyən sənədlər ilə koordinasiya mərkəzinin yaradılması kimi mövzuları təhlil edəcəklər. zəmanətçi ölkələr, məhbusların sərbəst buraxılması, cənazələrin təhvil verilməsi və itkilərin axtarılmasıyla əlaqədar iş qrupu hökmlərini təsdiqləyəcəklər. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) siyahısına daxil edilən tarixi abidələrin minalardan təmizlənməsi mövzusunda ortaq qərar qəbul edilməsi də planlaşdırılır.



Әlaqәli Xәbәrlәr