Suriyada dinc sakinlər hədəf götürüldü

Suriyanın şərqində terror təşkilatı DEAŞ-ın nəzarətindəki Deyrizor şəhərinə istiqamətli hava hücumunda 50-yə yaxın dinc sakin həyatını itirib.

760845
Suriyada dinc sakinlər hədəf götürüldü

Suriyanın şərqində terror təşkilatı DEAŞ-ın nəzarətindəki Deyrizor şəhərinə istiqamətli hava hücumunda 50-yə yaxın dinc sakin həyatını itirib.

Deyrizorun Dablan yaşayış məntəqəsindəki yerli fəallardan Firas Allavi deyib ki, koalisiyaya məxsus olduğunu güman etdiyimiz üç qırıcı təyyarə səhər radələrində əkinçilərin işlərinə getdiyi saatda kaset bombaları ilə hücum etdi. Hücumun edildiyi bölgə ümumilikdə koalisiyaya məxsus təyyarələrin hücumlarına məruz qalan bir yerdir.

Hücum nəticəsində ən azı 50 dinc sakinin öldüyünü bildirən Allavi vurğulayıb ki,  qırıcı təyyarələr əkinçilər ilə digər işçiləri hədəf götürüb. Ölü və yaralılar arasında qadın və uşaqlar da var. Yaralılar bölgədəki xəstəxanalarda yerləşdirilib.



Әlaqәli Xәbәrlәr