"Kimyəvi silah hücumu olacağı təqdirdə ortaq cavab veriləcək"

Fransa prezidenti Emmanuel Macron və ABŞ prezidenti Donald Trump Suriyada kimyəvi silah hücumu olacağı təqdirdə koordinasiyalı şəkildə ortaq cavab vermə qərarına gəlib.

760316
"Kimyəvi silah hücumu olacağı təqdirdə ortaq cavab veriləcək"

Fransa prezidenti Emmanuel Macron və ABŞ prezidenti Donald Trump Suriyada kimyəvi silah hücumu olacağı təqdirdə koordinasiyalı şəkildə ortaq cavab vermə qərarına gəlib.

Yelisey sarayından yayımlanan açıqlamada Macronun Trump ilə telefonla danışdığı bildirilib.

Açıqlamada qeyd edilib ki, telefon danışığında Suriya məsələsi müzakirə edildi və kimyəvi hücum olacağı təqdirdə koordinasiya daxilində birgə cavab verilməsi qərara alındı.

ABŞ daha əvvəl Suriya rejiminin İdlibdəki kimyəvi hücumundan sonra aprelin 6-da hücum zamanı istifadə edilən hava bazası Sayratı bombalamışdı.

ABŞ Müdafiə Nazirliyi iyunun 27-də yayımladığı açıqlamada Suriya rejiminin Sayrat hava bazasında yeni və böyük bir kimyəvi hücuma hazırlaşdığını müəyyən etdiklərini bildirmişdi.

Ağ Ev də Suriya rejiminin kimyəvi silah hücumuna hazırlaşdığını və bunu edəcəyi təqdirdə cavabının ağır olacağını açıqlamışdı.

Fransa prezidenti Emmanuel Macron da daha əvvəl yaydığı açıqlamada Suriyada kimyəvi silah anbarlarının yerini müəyyən edəcəkləri təqdirdə tək başlarına məhv edəcəklərini, kimyəvi silahdan istifadənin qırmızı xəttləri olduğunu söyləmişdi.

Digər tərəfdən Rusiya ABŞ-ın Suriyaya dair xəbərdarlığını təhdid kimi qiymətləndirib və “qəbul edilməz” olduğunu açıqlayıb.

Kremlinin sözçüsü Suriyada kimyəvi silahla hücum olacağına dair əllərinə hər hansı kəşfiyyatın çatmadığını da elan edib.



Әlaqәli Xәbәrlәr