Kıbrıs Konfransı yeni dövrə qədəm qoyulmasına imkan yaradacaq

Yeni dövrə qədəm qoyulmasına imkan yaradacağı gözlənilən Kıbrıs Konfransı İsveçrənin Crans Montana (Kran Montana) qəsəbəsində bugün start alacaq.

760272
Kıbrıs Konfransı yeni dövrə qədəm qoyulmasına imkan yaradacaq

Yeni dövrə qədəm qoyulmasına imkan yaradacağı gözlənilən Kıbrıs Konfransı İsveçrənin Crans Montana (Kran Montana) qəsəbəsində bugün start alacaq.

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı bu zirvə yığıncağının müzakirə deyil qərar qəbul etmə konfransı olmasının vacibliyini dilə gətirib.

Konfransdan əvvəl Cenevrədə mətbuat konfransı keçirən BMT-nin Kıbrıs üzrə xüsusi nümayəndəsi Espen Barth Eide (Ayde) də tərəflərə “ birgə bir sənəd” təqdim etməyəcəklərini vurğulayıb.

Nümayəndə konfransın adada problemin həlli üçün böyük imkan olduğuna diqqət çəkərək deyib ki, tərəflər arasında keçiriləcək müzakirələrdə əsas başlıqlar mülkiyyət, torpaq, hakimiyyət və gücün bölüşməsi ilə təhlükəsizlik və zamənatlərdir.

İsveçrədəki müzakirələrin iki ayrı masada aramsız yığıncaq tərzində keçirilməsi planlaşdırılıb. İlk masada Kıbrıs Türk və Rum tərəfləri ilk dörd başlıqda razılıq əldə oluna bilməyən mövzuları müzakirə edəcək. Digər masada isə zamin ölkələrin də iştirak edəcəyi beştərəfli konfrans keçiriləcək. Bu masada isə ümumilikdə təhlükəsizlik və zəmanətlər məsələsi müzakirədə olunacaq.

Konfransda Türkiyəni Xarici İşlər naziri Mövlud Çavuşoğlu təmsil edəcək.

Türkiyə Kıbrısda siyasi bərabərliyə əsaslanan, daimi və ədalətli həll yolundan tərəf mövqeyini davam etdirir.



Әlaqәli Xәbәrlәr