İraq qüvvələri Qədim Mosul bölgəsinin yarısına nəzarəti ələ keçirib

İraq qüvvələri Mosulun qərbindəki Qədim Mosul bölgəsinin yarısına nəzarəti ələ keçirib.

760288
İraq qüvvələri Qədim Mosul bölgəsinin yarısına nəzarəti ələ keçirib

İraq qüvvələri Mosulun qərbindəki Qədim Mosul bölgəsinin yarısına nəzarəti ələ keçirib.

Bunu İraq Birgə Əməliyyatlar Komandirliyi verdiyi yazılı açıqlamada bildirib.

Açıqlamada “Mosulda döyüşən ortaq qüvvələr Qədim Mosul bölgəsinin yarısında nəzarəti ələ keçirdi.” deyilib.

İraq ordusu daha əvvəl həmin bölgəyə bağlı Meşhade və əl-Bid məhəllələrini geri qaytardığını elan etmişdi.

DEAŞ-lı terrorçuların yığınaq etdiyi Qədim Mosul bölgəsi dar küçələri və köhnə binalardan ibarətdir. Bu da əsgərlərin tank və digər hərbi silah-sursatla deyil, terrorçulara qarşı küçə müharibəsi aparmasına səbəb olur.

İraq ordusu Mosulun şərqini geri qaytarandan sonra fevralın 19-da şəhərin qərbini xilas etmək məqsədilə əməliyyat başlatmışdı.



Әlaqәli Xәbәrlәr