Bəşər Əsəd rejimi Dera şəhəri ilə Dəməşqin Şərqi Quta bölgələrinə hücum edib

Suriyada Bəşər Əsəd rejimi ölkənin  cənubunda yerləşən Dera şəhəri ilə Dəməşqin Şərqi Quta bölgələrinə hücum edib.

756493
Bəşər Əsəd rejimi Dera şəhəri ilə Dəməşqin Şərqi Quta bölgələrinə hücum edib

Suriyada Bəşər Əsəd rejimi ölkənin  cənubunda yerləşən Dera şəhəri ilə Dəməşqin Şərqi Quta bölgələrinə hücum edib.

Əsəd rejimi  iyunun 17-də  elan etdiyi 48 saat müddətindəki atəşkəs rejiminin sona çakmasından sonra səhər radələrində Dera şəhərinin cənub-qərbində İordaniya sərhədinə 1,5 km məsafədəki müxalifətin nəzarətindəki bölgələri vurmağa başlayıb.

Deradakı hərbi müxalifətin komandirlərindən Hüseyn Abu Zeyit açıqlama verərək bildirib ki, rejimin və milislərin hücumları geri oturduldu. 15-dən artıq əsgər öldürüldü və müxtəlif silah-sursat ələ keçirildi. Bununla da rejim qüvvələrinin Dera şəhərinin mərkəzini qərb ərazilərinə bağlayan bölgəyə girmələrinin qarşısı alındı.

Digər tərəfdən rejim qüvvələri 4 ildir mühasirədə saxladıqları Dəməşqin Şərqi Quta bölgəsindəki Çobar məhəlləsi, Zəməlkə və Ayn Termə qəsəbələrinə havadan hücum edib.  



Әlaqәli Xәbәrlәr