DEAŞ Mosulda mülki vətəndaşlardan canlı qalxan kimi istifadə edir

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığının İraq nümayəndəsi Bruno Geddo BMT-nin Cenevrə Ofisində keçirdiyi mətbuat konfransında Mosuldakı humanitar vəziyyətin gərgin olduğunu söylədi.

754465

Terror təşkilatı DEAŞ üzvlərinin özlərini qorumaq üçün 100 mindən çox mülki vətəndaşı şəhərin qərbindəki "Qədim Şəhər"ə apardığını bildirən Geddo  bu vətəndaşlardan canlı qalxan olaraq istifadə edildiyini dedi.
 Geddo vətəndaşların toqquşmaların ortasında qaldıqları, təşviş içərisində olduqları, regionda ərzağın tükəndiyi, su və elektrikin də verilmədiyi barədə məlumat verdi.
 
Qaçqınlar Üzrə Ali Komissarlığın nümayəndəsi DEAŞ snayperlərinin qaçmağa təşəbbüs edən vətəndaşları öldürdüklərini, bir şəkildə qaçmağı bacaranların da travma yaşadıqlarını ifadə etdi.

Әlaqәli Xәbәrlәr