Rusiya: Bağdadi öldürülmüş ola bilər

Rusiya terror təşkilatı DEAŞ-ın lideri Əbubəkir Bağdadinin ayın 28-də Suriyanın Rakka şəhərinə təşkil olunan hava hücumunda öldürülmüş ola biləcəyini bildirdi.

754099
Rusiya: Bağdadi öldürülmüş ola bilər

Rusiya Müdafiə Nazirliyindən verilən məlumatda rus təyyarələrinin mayın 28 də Rakka yaxınlığında terror təşkilatı DEAŞ-ın üst səviyyə rəhbərlərinin toplantı keçirdiyi binanı vurduğu və 30-u sahə komandiri olmaqla təxminən 330 terrorçunun öldürüldüyü bildirilir.

Məlumatda Əbubəkir Bağdadinin vurulan binada olduğu və öldüyü barədə informasiyanın fərqli mənbələrdən təsdiq edilməyə çalışıldığı ifadə edilir.

Öldürülən terror təşkilatı üzvləri arasında Rakka əmiri elan edilən Əbu əl Misirinin, təhlükəsizlik işlərindən məsul olan Süleyman əl Şavvahın və Rakka ilə Suhne arasında qalan bölgəyə nəzarət edən İbarim ən Neyef əl Hacın da olduğu qeyd olunur.

 



Әlaqәli Xәbәrlәr