"İnqilab Gözətçiləri və Bəsici müzakirə obyekti etməyin", Ə.Xameneyi

İran lideri Əli Xameneyi prezident Həsən Ruhani hökumətindən beynəlxalq platformalarda İnqilab Gözətçiləri və Bəsic Milis Qüvvələrinin müzakirə edilməməsini istəyib.

751279
"İnqilab Gözətçiləri və Bəsici müzakirə obyekti etməyin", Ə.Xameneyi

  Bu sözlərə qarşılıq olaraq paytaxt Tehranda ölkə prezidenti H.Ruhani hökumət səlahiyyətlilərinə xitabən çıxışında deyib: "Amerika Birləşmiş Ştatlarının Qüds qüvvələrimizdən və komandirimiz Qasım Süleymanidən xoşu gəlməsini gözləyirsiniz? Təbii ki, ABŞ bunları bəyənməyəcək və müxtəlif platformalarda öz şərtlərini irəli sürəcək. “İnqilab Gözətçiləri şurada olmasın, Bəsic olmasın” deyə şərtlər qoşsaq, bu, “hakimiyyət gücünü meydanda saxlamamaq” mənasına gələcək. Ona görə də, biz bunun tərsinə hərəkət etməliyik, yəni ölkənin hakimiyyət gücünü qorumalı və dəstəkləməliyik."

  Qeyd edək ki, İran lideri Əli Xameneyi nüvə müzakirələrdə İran tərəfinin güzəştlərə getdiyi, buna baxmayaraq, ABŞ-ın daha çox tələblər irəli sürdüyündən şikayətlənib və bu dövlətə etibar edilməməsini vurğulayıb. Bundan əvvəl isə İran mətbuatında Xarici İşlər naziri Cavad Zərifə qarşı onun Qərblə müzakirələrdə İnqilab Gözətçilərinin sərhədə müdaxilələrini icra edən Qüds Ordusu komandiri Kasım Süleymanini müzakirəyə qoyduğu yazılmış, Zərif isə bu iddiaları təkzib etmişdi.



Әlaqәli Xәbәrlәr