Əl-Katif əyalətində terror aktı törədilib

Səudiyyə Ərəbistanının şərqindəki Əl-Katif əyalətində təhlükəsizlik xidmətinin patroluna bombalı hücum təşkil edilib.

750676
Əl-Katif əyalətində terror aktı törədilib

Gecə radələrində törədilən hadisə nəticəsində bir mayor həyatını itirib, iki hərbçi yaralanıb.

Səudiyyə Ərəbistanının daxili işlər nazirliyi faktı təsdiqləyib. İlkin məlumata əsasən, patrul avtomobilinə partlayıcı qurğu atılıb. 



Әlaqәli Xәbәrlәr