Bəşər Əsəd rejimi indi də napalm bombalardan istifadə edir

Suriya rejimi daha əvvəl məsum xalqa istiqamətli hücümlarda barrel bombalar istifadə edirdi. İndi buna bir də yanğın çıxaran napalm bombalar əlavə edib.

750806
Bəşər Əsəd rejimi indi də napalm bombalardan istifadə edir

Bəşər Əsəd rejimi, Deranın məskun mahallarına napalm bombalarıyla hücum təşkil edib. Hücum nəticəsində 10-dan çox dinç sakin yaralanıb.

Sıx qarşıdırmalara səhnə olan Menşiyye səmtinə edilən hücum nəticəsində evlərdə yanğın baş verib.

Qeyd edək ki, Dera və mərkəzi, şimalda Dera Mahata ( təzə şəhər) və cənubda Dera Bələd (köhnə şəhər) olmaqla iki hissədən ibarətdir. Dera Mahatanın böyük hissəsinə nəzarət isə Bəşər Əsəd rejiminə mənsub qüvvələrin əlindədir.

Dera, 4-5 Mayda baş tutan Astana toplantısında Rusiya, Türkiyə və İranın imzaladığı razılaşmaya görə yaradılması nəzərdə tutulan “təhlükəsiz zonalar” arasında iştirak edir. Şəhərdəki müxalif qüvvələr isə, rejim qüvvəlirinin Menşiyye üzərindən irəliləməsinin qarşısını almağa çalışır.



Әlaqәli Xәbәrlәr