Əfqanıstan Dövlət Başçısı Əşref Qanidən  talibana çağırış

Beynəlxalq “Kabil Prosesi” konfransı Əfqanıstanın paytaxtı Kabildə 23 ölkənin iştirakı ilǝ keçirildi.

749181
Əfqanıstan Dövlət Başçısı Əşref Qanidən  talibana çağırış

Başda Amerika Birləşmiş Ştatları (ABŞ), Türkiyə, İran və Pakistan olmaqla 23 ölkədən nümayəndələrin qatıldığı konfrans, Kabildə törədilən hücumlarda həyatını itirənlərin xatirəsinə bir dəqiqəliq sükutla başlayıb.

Konfransı açıq elan edən Dövlət Başçısı Eşref Qani, Əfqan hökumətinin terrora qarşı mübarizəsinin davam edəcəyini vurğulayıb. Bütün dünyada terror fəaliyyətlərinin artdığını xatırladan Qani, terrora qarşı qlobal mübarizənin qənaətbəxş olmadığına diqqət çəkib. Terror təşkilatı Talibana da müraciət edən Qani, Talibana, hökumət ilə sülh danışıqlarına başlaması halında son bir şans kimi, onların nümayəndəlik açmaları üçün icazə verəcəklərini də sözlərinə əlavə edib.  



Әlaqәli Xәbәrlәr