ABŞ-ın rəhbərlik etdiyi koalisiya hökumətyönümlü qüvvələrə aviazərbə endirib

ABŞ-ın rəhbərlik etdiyi koalisiya At Tanfa rayonunda hökumətyönümlü qüvvələrə  aviazərbə endirib.

747365
ABŞ-ın rəhbərlik etdiyi koalisiya hökumətyönümlü qüvvələrə  aviazərbə endirib

ABŞ-ın rəhbərlik etdiyi koalisiya At Tanfa rayonunda hökumətyönümlü qüvvələrə  aviazərbə endirib.  

Bu barәdә Birlәşmiş Vәzifә Gücünün verdiyi mәlumatda bildirilib.

“Daha əvvəl edilən xəbərdarlıqlara baxmayaraq hökumәtyönümlü  qüvvələr koalisiya qüvvələrinin yerlәşdiyi bölgәyә  bir tank, zenit raket sistemləri və zirehli texnika  ilә daxil olub’’, - deyә mәlumatda qeyd olunub.

Mәlumata görә,  koalisiya qüvvәlәri  iki top sistemi  vә bir zenit raket sistemini mәhv edib. Mәlumatda hәmçinin aviazәrbәdәn әvvәl  sözügedәn qüvvәlәrә xәbәrdarlıq  edildiyi bildirilib.

Bundan əvvəl hökumət qüvvələrinə analoji zərbə mayın 18-də endirilmişdi. 

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Əl Tanfa rayonunda müttəfiq qüvvələrlə birlikdə Əl Tanf düşərgəsində bir neçə yüz əsgərin yerlәşdiyini açıqlamışdı.

 ABŞ əsgərlərinin  bu düşərgədə  terror tәşkilatı DEAŞ ilә mübarizә aparan müxaliflərə tәlim keçdiyi bildirilmişdi.



Әlaqәli Xәbәrlәr