Rusiyadan NATO-ya ultimatum

Rusiyanın NATO üzrə səfiri Aleksandr Qruşko bildirib ki, Moskva NATO-nun Baltikyanı ölkələr və Polşada hərbi qüvvələrinin yayılmasından narahatdır.

744710
Rusiyadan NATO-ya ultimatum

    Ötən həftə keçirilən NATO sammitindən sonra Brüsseldə etdiyi çıxışında A.Qruşo deyib: "NATO-nun hücumları hərbi planlaşdırma baxımından qarşılıqsız qalmayacaq… NATO - Rusiya əlaqələri çox da parlaq deyil. NATO-nun bu hərəkətlərində bir dəyişiklik olmazsa, biz əlaqələri inkişaf etdirməyin çətin olacağını düşünürük."

  Qeyd edək ki, Rusiyanın 2014-cü ildə Krımı işğalı və Ukraynanın şərqindəki təcavüzkar hərəkətlərindən sonra NATO-nun şərq qanadındakı ölkələr ittifaqdan əlavə təhlükəsizlik təminatı tələb etmişdi. Bu çərçivədə NATO Rusiyanı daşındırmaq məqsədilə 2016-cı ildə Varşava sammitində qəbul etdiyi qərarla Estoniya, Latviya, Litva və Polşaya əsgər göndərməyə başlamışdı.

  Dünən NATO Baltikyanı əməliyyatları – dəniz təlimləri çərçivəsində 4 minə yaxın əsgərini Polşanın Şetsin (Szczecin) limanında "döyüş oyunları" manevrinə başlayıb. Hərbi təlimlər 16 iyuna qədər davam edəcək.

  NATO səlahiyyətlisinin verdiyi məlumata görə, yaxınlarda NATO - Rusiya Şurasının səfirlər səviyyəsində toplantısı gözlənilir.



Әlaqәli Xәbәrlәr