Heydər əl-İbadi:"Yalnız xalq kimi isə hakimiyyətdən uzaqlaşdıra bilər"

Bunu İraqın baş naziri Heydər əl-İbadi Bağdadda hökumət sarayında keçirdiyi mətbuat konfransında bildirdi.

742512
Heydər əl-İbadi:"Yalnız xalq kimi isə hakimiyyətdən uzaqlaşdıra bilər"

İraqın baş naziri Heydər əl-İbadi ölkədə yerli və ümumi seçkilərin vaxtında keçiriləcəyini bildirərək, fövqəladə vəziyyət hökuməti barədə iddiaları təkzib etdi.
 
 İbadi: "Seçkilər təxirə salınaraq, ölkədə fövqəladə vəziyyət hökuməti  qurulacağı barədəki iddialara təəccüblənirəm. Siyasi qüvvələri milli birliyi qoruyub saxlamağa və terrorla mübarizəyə dəstək verməyə çağırıram. Yalnız xalq kimi isə hakimiyyətdən uzaqlaşdıra bilər" dedi.
 
 İbadi Bağdadda hökumət sarayında keçirdiyi mətbuat konfransında şəhərdə ard-arda törədilən bombalı hücumlardan da danışaraq:" Terror psixoloji üstünlük və mediada qələbə əldə etmək istəyir. Bağdadda birgə nəzarət məntəqələrinin yaradılması ilə bağlı planlarımız var" dedi.
 
 İbadi İraq və Suriya sərhədinin təhlükəsizliyini təmin etməyə çalışdıqlarını da bildirdi.



Әlaqәli Xәbәrlәr