Mosulda niqaba qadağa qoyuldu

İraqın Mosul şəhərində niqab örtülməsi qadağan edildi.

741207
Mosulda niqaba qadağa qoyuldu

  Mosul şəhərinin terror təşkilatı DAEŞ-dən təmizlənən bölgələrində qadınların Ramazan ayında yalnız gözlərini açıqda buraxacaq şəkildə çarşab örtməsinə qadağa qoyuldu.

  Şəhərin bağlı olduğu Ninova Əmniyyət İdarəsindən verilən məlumata görə, qadağa təhlükəsizlik tədbirlərinə görə edilib.

  Ninova Polisi İdarəsindən general Vosk Həmdani bildirib: “DAEŞ terrorçularının Ramazan ayında İslam qadın geyimlərinin içində gizlənərək intihar hücumu təşkil edə biləcəkləri məlumatları yayılıb. Son günlər Mosulda küncə sıxılan terrorçular çarəni qaçmaqda tapıb. Qaçarkən də istifadə etdikləri yol qadın qılığına girib örtük taxmaqdır. Buna görə, xüsusən də, niqab, çarşab örtüklərini qadağan edib, təhlükəsizlik tədbirləri artırıb qaçışların qarşısını almaq istəyirik."



Әlaqәli Xәbәrlәr