Yunanıstanda ilk rəsmi məscid qərarı

Yunanıstan parlamentində paytaxt Afinada inşa ediləcək ilk rəsmi məscidlə bağlı qərar qəbul edilib.

739553
Yunanıstanda ilk rəsmi məscid qərarı

  Uzun müzakirələrdən sonra Yunanıstan hökumətinin əsas ortağı SYRIZA millət vəkilləri qanunun lehinə, Ortaq Müstəqil Yunanlar Partiyası (ANEL) və həddindən artıq sağçı Qızıl Şəfəq Partiyası əleyhinə səs veriblər.

  Tənzimləməyə görə, məscidin rəhbərliyi Təhsil Nazirliyindən bir, Maliyyə Nazirliyindən bir dövlət məmuru, bələdiyyədən iki işçi, ali məhkəmədən bir hakim və müsəlman cəmiyyətlərindən iki nümayəndədən ibarət 7 nəfərlik heyət olacaq.

  Yunanıstanın Votanikos səmtində ölkənin Dəniz Qüvvələri Komandanlığına aid ərazidə tikiləcək məscid təxminən 850 kvadrat metr olacaq və 350 adam üçün nəzərdə tutulur. Minarəsi olmayacaq məscidə ayrılan büdcə 887 min avrodur.

  Qeyd edək ki, Yunanıstanda dövlət tərəfindən ilk dəfədir məscid tikilir. Bu zamana qədər müsəlmanlar ibadətlərini öz imkanlarıyla qurduqları yeraltı məscidlərdə edirdi.



Әlaqәli Xәbәrlәr