DEAŞ-a qarşı edilən hava hücumlarının əsas qurbanları dinc vətəndaşlardır

BMT-nin İnsan Haqları ali komissarı Zeyd Raad əl-Hüseyn Suriyada terror təşkilatı DEAŞ-a qarşı edilən hava hücumlarının əsas qurbanlarının dinc vətəndaşlar olduğunu bildirib.

740112

Hüseyn Suriyada DEAŞ-a qarşı hava hücumları təşkil edən bütün ölkələri, hərbi və mülki hədəfləri bir-birindən ayırmaq üçün daha diqqətli olmağa çağırıb.

BMT-nin İnsan Haqları ali komissarı Hüseyn bildirib ki, DEAŞ tərəfindən ayrı-seçkilik qoyulmadan bombardmana və ardıcıl edam qərarlara məruz qalan dinc vətəndaşlar, həmçinin başda şimal-şərqdəki Rakka və Deyrizorda olmaqla artan hava hücumlarının da qurbanı olurlar.

Rakkada mayın 14-də təşkil edilən hava hücumunda 17-si qadın 23 kəndlinin həyatını itirdiyini, mayın 15-də Deyrizordakı hava hücumunda 16-ı uşaq, 12-i qadın 59 vətəndaşın həyatını itirdiyini bildirən Hüseyn ordakı hücumlarda 70 vətəndaşın yaralandığını ifadə edib.

Hüseyn bütün bu itkilərin hava hücumlarında vətəndaşların qorunmasına istiqamətli kifayətli tədbirlər görülmədiyinin işarəsi olduğunu və bu hücumların əsas qurbanlarının dinc vətəndaşlar olduğunu vurğulayıb.

Әlaqәli Xәbәrlәr