Mosulun 4 kəndi DEAŞ-dan azad oldu

Iraqın Mosul şəhərinin qərbindəki 4 kənd və strateji əhəmiyyət kəsb edən yol terror təşkilatı DEAŞ-dan geri alındı.

739345
Mosulun 4 kəndi DEAŞ-dan azad oldu

Iraqın Mosul şəhərinin qərbindəki 4 kənd və strateji əhəmiyyət kəsb edən yol terror təşkilatı DEAŞ-dan geri alındı.

İraq ordusundan alınan məlumata görə, hökumətə tabe olan Haşdi Şabi qüvvələri şəhərin qərbindəki Qubbetül Vehbi, Ragiyə, Rafiyə əl-Əvvəl və Melihat kəndlərini DEAŞ-dan xilas edib.

Məlumatda Şiə milisi Haşdi Şabinin Əl Adnaniyə və Beaç səmtlərini bir-birinə bağlayan strateji əhəmiyyətli yolda nəzarəti təmin etdiyi bildirildir.

Digər tərəfdən, İraq Federal Plos Qüvvələri Əl Meydan və Əl Faruk bölgələrində mühasirədə olan 200-dən çox mülki vətəndaşı təliyyə edə bildi.

Mosulun şərqini yanvar ayınının sonunda tamamilə ələ keçirən İraq qüvvələri fevralın 19-da qərb bölgələrini azadetmə əməliyyatlarına başlamışdı.

 

 

 

 


Etiketlәr: #İraq , #Mosul , #DEAŞ

Әlaqәli Xәbәrlәr