“İrana tətbiq edilən sanksiyalar davam edəcək”

ABŞ-ın dövlət katibi Rex Tillerson terror fəaliyyətlərinə dəstək olduğu və ballistik raket proqramını inkişaf etdirmək istiqamətindəki fəaliyyətlərinə görə İrana sanksiyaların davam edəcəyini bildirib.

736359

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ABŞ-Ərəb və İslam Ölkələri Sammiti çərçivəsində Tillerson ilə Səudiyə Ərəbistanının xarici ixlər naziri Adil əl-Cübeyr birgə mətbuat konfransı keçirib.

Tillerson İranın sammitdə iştirak etməməsinin səbəbinin xatırladılması qarşısında deyib ki, İran Yəmən, İraq və Suriya kimi bölgələr ilə Livanda Hizbullaha verdiyi dəstəklə reaksiya doğuran fəaliyyətlərini davam etdirir.

Rex Tillerson vurğulayib ki,  İran yaxşı qonşu olmağa və xarici döyüşçülərlə milislərini başqa ölkələrə gedərək o bölgələrin sabitliklərini pozması üçün pul vermə fəaliyyətlərinə son qoyma niyyətini ortaya qoyanadək bu masada yer tuta bilməyəcəkdir. Sanksiyalarla İrana qarşı tədbirlərimizi və beynəlxalq ictimaiyyəti də bununla əlaqəli addımlar atmağa cəsarətləndirməyi davam etdirəcəyik.

İrandakı prezident seçkisinə də toxunan Tillerson bu ölkədə yeni dövrün başladığını qeyd edib.

Әlaqәli Xәbәrlәr