Misir Ordusu Qəzza sərhədində iki tuneli dağıtdı

Yanvar ayından bu yana Qəzza sərhədində dağıdılan tunellərin sayı 27-yə çatdı.

736056
Misir Ordusu Qəzza sərhədində iki tuneli dağıtdı

Misir ordusu Şimali Sinay şəhərinin Qəzza ilə sərhədindəki 2 tunelini dağıtdı.
 
 Misir Ordusunun sözçüsü, polkovnik Təmir ər-Rifai verdiyi yazılı açıqlamada ikinci orduya tabe olan birliklərin Şimali Sinay sərhədində insan və mal alverində istifadə olunduğu təsbit edilən 2 tuneli dağıtdığını bildiridi.
 
 Ər-Rifai tunellərin içində 20 kerosin bidonu və partlayıcı maddə istehsalında istifadə edilən 10 kisə qaynaq siminin  ələ keçirildiyini qeyd etdi.
 
Rəsmi rəqəmlərə görə, yanvar ayından bu yana Qəzza sərhədində dağıdılan tunellərin sayı 27-yə çatdı.
 
Qeyd edə ki, Misirdə 3 iyul 2013-cü ildə dövlət çevrilişi ilə hakimiyyətə gələn hərbi rəhbərlik fələstinlilərin "şah damarı" kimi gördüyü tunellərin böyük hissəsini dağıdıb.
 
 Qahirə rəhbərliyi daha sonra Qəzza sərhədinə böyük borular çəkərək tunellərə dəniz suyu vurub.



Әlaqәli Xәbәrlәr