Terror təşkilatı DEAŞ-ın hücumlarında 10 esgər və 25 dinc vətəndaş ölüb

İraqın Mosul şəhərinin qərbində, terror təşkilatı DEAŞ tərəfindən təşkil edilən intihar hücumlarında 10 əsgər, təşkilatı hədəf götürən hava hücumunda isə 25 vətəndaş həyatını itirib.

734355
Terror təşkilatı DEAŞ-ın hücumlarında 10 esgər və 25 dinc vətəndaş ölüb

İraqın Mosul şəhərinin qərbində, terror təşkilatı DEAŞ tərəfindən təşkil edilən intihar hücumlarında 10 əsgər, təşkilatı hədəf götürən hava hücumunda isə 25 vətəndaş həyatını itirib.

İraqın Federal Polis Qüvvəsində vəzifəli leytenant Addi Abdulvehhab es-Saidi şəhərin şimal qərbindəki Rifai bölgəsində olan Terrorla Mübarizə Birliyi Qüvvələrinin bir kamikadzənin minalanmış avtomobillə hədəf götürüldüyü hücumda 3 əsgərin həyatını itirdiyini bildirib.

Şəhərin qərbindəki Uraybi bölgəsində də Terrorla Mübarizə Birliyi və Federal Polis Qüvvəsinə minalanmış iki avtomobillə hücum təşkil edildiyini ifadə edən Saidi 7 əsgərin öldüyünü, 3 əsgəri maşının da məhv edildiyini qeyd edib.

Digər tərəfdən Daxili İşlər Nazirliyinə bağlı Sürətli Reaksiya Qüvvələrindən Sadun Fəhd qərbdəki Zencili mahalındakı DEAŞ ünsürlərinə istiqamətli hava hücumunda aralarında qadın və uşaqların da olduğu 25 dinc vətəndaşın həyatını itirdiyini bəyan edib.

Hansı ölkəyə məxsus olduğu hələ də müəyyən edilə bilməyən döyüş təyyarəsinin Rifai bölgəsindəki İraq qüvvələrinə hücum üçün hazırlaşan DEAŞ ünsürlərini hədəf götürdüyünü bildirən Fəhd hava hücumunun bölgədəki bəzi evlərin də yıxılmasına səbəb olduğunu, hadisədə 3-ü uşaq, 9-u qadın 25 nəfərin öldüyünü, 60-nın isə yaralandığını qeyd edib.

İraq gücləri ya da Amerika Birləşmiş Ştatları liderliyindəki beynəlxalq koalisiya tərəfindən hadisə ilə bağlı açıqlama verilməyib.

Xatırladaq ki, ölkənin ikinci böyük şəhəri Mosula 2014-cü ilin iyun ayından  bəridir DEAŞ-ın nəzarət edir.

İraq qüvvələri 2016-cı ilin noyabr ayında şəhərin şərqini geri qaytardıqda, fevralın 19-da isə Mosulun qərbinin xilas edilməsi məqsədi ilə əməliyyata başlanmışdı.



Әlaqәli Xәbәrlәr