Herat vilayətində partlayış törədilib

Əfqanıstanın qərbində yerləşən Herat vilayətinin Adraskan rayonunda güçlü partlayış olub. Hadisə nəticəsində 7 nəfər həyatını itirib.

729511
Herat vilayətində partlayış törədilib

Herat polis idarəsinin sözcüsü Abdul Əhəd Vəlizadənin məlumatına görə, Adraskanın Xam Harband bölgəsində yolda yerləşdirilmiş bir bomba dinç sakinləri daşıyan maşının keçdiyi əsnada partladılıb. Hadisə nəticəsində həyatını itirən 7 nəfərdən ikisi uşaqdır.

Vəlizadənin sözlərinə görə, bomba terror təşkilatı Taliban tərəfindən yerləşdirilib. Ancaq Taliban hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.



Әlaqәli Xәbәrlәr