Rusiya BMT Təhlükəsizlik Şurasına qərar layihəsi təqdim etdi
Rusiya BMT Təhlükəsizlik Şurasına Suriyada dörd “etibarlı bölgə” yaradılması haqqında müqaviləni dəstəkləməsi üçün qərar layihəsi təqdim edib.

Rusiya BMT Təhlükəsizlik Şurasına Suriyada dörd “etibarlı bölgə” yaradılması haqqında müqaviləni dəstəkləməsi üçün qərar layihəsi təqdim edib.
Qazaxıstanın paytaxtı Astanada mayın 4-də keçirilər yığıncaqda zamin ölkələr Türkiyə, Rusiya və İran, Suriyada "münaqişəsiz bölgələr" yaradılması mövzusunda razılıq əldə etmişdi.
Astanada imzalanan sənəddə Suriyada müxaliflər və rejim gücləri arasında qarşıdurmaların ən sıx olduğu bölgələrdə 4 " münaqişəsiz bölgə" və bu bölgələrin sərhədləri boyunca "təhlükəsiz bölgələr" yaradılması qərara alınmışdı.
Suriyanın 4 yerində yaradılması nəzərdə tutulan toqquşmaların olmayacağı bölgələrin çərçivəsi, İdlib vilayəti və qonşu vilayətlərin (Lazkiye, Həma və Hələb vilayətləri) bəzi bölgələri, Homus vilayətinin şimalındakı müəyyən bölgələr, paytaxt Dəməqdəki Şərqi Quta, Suriyanın cəbunun müəyyən bölgələri (Deraa və Kuneytra vilayətləri) olaraq müəyyən olunmuşdu.
Әlaqәli Xәbәrlәr

Yunanıstanda mülki helikopter dənizə düşüb, axtarış-xilasetmə əməliyyatı aparılır
Yunanıstanın Euboea sahillərində mülki helikopter qəzaya uğrayıb.