İran Səudiyyə Ərəbistanına təhdid yağdırıb

Səudiyyə Ərəbistanı İrana istiqamətili hərbi əməliyyata cəhd edərsə, ölkədə müqəddəs şəhərlər istisna olmaqla etibarlı yer buraxmarıq. Bunu İran müdafiə naziri Hüseyn Dehkan deyib.

727740
İran Səudiyyə Ərəbistanına təhdid yağdırıb

El Minar telekanala müsahibə verən İran müdafiə naziri Dehkan, Səudiyyə Ərəbistanını xəbərdarlıq edərək: "Səudiyyə Ərəbistanı rəhbərliyinin İrana qarşı axmaqca hərbi əməliyyat cəhdinin olması halında, Məkkə və Mədinə istisna olmaqla bütün şəhərləri darmadağın edərik” deyə vurğulayıb.

İran Baş qərargah rəisinin sözçüsü General Seyyid Məsud Cəzairi isə, ölkəsinin bölgədəki ucuz rejimlərin hədələrindən qorxusunun olmadığını ifadə edərək: “Səudiyyə Ərəbistanı rəsmilərinin, İran və bölgənin müstəqil ölkələri haqqında real olmayan açıqlamaları yeni bir məsələ deyil. Təəssüf ki, Səudiyyə rejimi, Amerika və sionistlərin  nümayəndəsi  kimi  müsəlman ölkələrə qarşı düşməncǝ siyasət izləyir”.



Әlaqәli Xәbәrlәr