ABŞ YPG-ni silahla təmin edir

ABŞ  Suriyanın şimal-şərqində fəaliyyət göstərən PYD/YPG terror təşkilatına dəstək məqsədilə 48 nəqliyyat vasitəsi və 250 əsgərdən ibarət yeni konvoy göndərdi.

726179
ABŞ YPG-ni silahla təmin edir

Amerika Birləşmiş Ştatları separatçı terror təşkilatı PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-ni qarşılıqsız şəkildə silahla təmin edir.
 
ABŞ  Suriyanın şimal-şərqində fəaliyyət göstərən PYD/YPG terror təşkilatına dəstək məqsədilə 48 nəqliyyat vasitəsi və 250 əsgərdən ibarət yeni konvoy göndərdi.
 
 Dünən Suriya-İraq sərhədindəki Semalka sərhəd qapısından girən ABŞ konvoyu  Hasekenin şərqindəki Malikiyeye çatdı.
 
 ABŞ Türkiyə Suriyanın Karaçok bölgəsindəki PKK hədəflərini vurduqdan dərhal sonra terror təşkilatını 22 yük avtomobili, silah-sursat və texnika ilə təmin etdi.
 
 Türkiyə Silahlı Qüvvələri keçən həftə Karaçok və İraqın Sincar bölgəsindəki PKK hədəflərini vurduqdan sonra terror təşkilatının sərhəd xəttində Türkiyə Silahlı Qüvvələrini  hədəf alan hücumlarında amerikan istehsalı TOW raketindən istifadə etdiyi ortaya çıxmışdı.
 
  ABŞ-ın dəfələrlə istənildiyi halda Türkiyəyə satmadığı FGM-148 Javelin tank əleyhinə raketlərini də terror təşkilatına verdiyi diqqət çəkir.
 
 PYD/PKK-nın məqsədi Suriyanın şimal-şərq sərhədində terror dəhlizi yaratmaqdır.



Әlaqәli Xәbәrlәr