Liderlər müzakirə prosesinə yenidən sürət qazandırmaq üçün cəhd göstərirlər

Kıbrıs probleminə daimi həll yolu tapmaq məqsədilə keçirilən müzakirələr davam edir.

724272
Liderlər müzakirə prosesinə yenidən sürət qazandırmaq üçün cəhd göstərirlər

Kıbrıs probleminə daimi həll yolu tapmaq məqsədilə keçirilən müzakirələr davam edir.

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı Rum icmasının rəhbəri Nikos Anastasiadis ilə bir araya gəlib.

BMT nəzarətindəki ara bölgədə baş tutan görüşdə BMT baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi Espen Barth Eide ilə yanaşı iki tərəfin müzakirə heyətləri də iştirak edir.

Görüşdə müzakirələrin ilk dörd başlığı üzərində razılıq əldə olunmamış mövzulardan danışılacağı gözlənilir.

Liderlər daha çox mövzu barəsində razılıq əldə olunmasını qarşılarına məqsəd qoyublar, həmçinin sürətini itirən müzakirə prosesinə yenidən sürət qazandırmaq üçün cəhd göstərirlər.



Әlaqәli Xәbәrlәr