Yəməndə yarım milyon uşağın təcili qayğıya və müalicəyə ehtiyacı var

Əks halda onlar  ölüm riski ilə üz-üzə qlacaqlar.

720719
Yəməndə yarım milyon uşağın təcili qayğıya və müalicəyə ehtiyacı var

UNİCEF və  Birləşmiş Millətlər Təşkilatı Ümumdünya  Ərzaq Proqramının (WFP)  birgə yaydığı mətbuat açıqlamasında kəskin yetərsiz qidalanma mərhələsinə çatan yarım milyon yəmənli uşağın təcili qayğı və professional müalicə görməməsi halında ölüm riski ilə üz-üzə qalacağını bildirilir.
 
 Açıqlamada ölkədə təxminən 7 milyon insanın təcili ərzaq yardımına ehtiyacı olduğu ifadə edilir.
 
 Ölkədə insanların ehtiyaclarının mövcud imkanlardan çox olduğu bildirilən açıqlamada WFP-nin  qarşıdakı 12 ay ərzində ölkənin qida problemi olan 9 milyon vətəndaşının əsas tələbatlarını ödəmək üçün təcili olaraq 1,2 milyard dollara ehtiyac olduğu vurğulanır.
 
 Açıqlamada Yəməndəki münaqişələrdə zərər çəkmiş uşaqların həyatını xilasetmə proqramı üçün 236 milyon dolların lazım olduğu da bildirilir.



Әlaqәli Xәbәrlәr