Misirdə çevriliş əleyhinə çıxış edən 128 nəfər barəsində həbs qətimkan tədbirli seçildi

Misirdə 2013-cü ildəki dövlət çevrilişinə qarşı keçirilən nümayişlərə qatılan 128 nəfər barəsində 3 ilə 10 il arasında həbs qətimkan tədbirləri seçildi.

719367
Misirdə çevriliş əleyhinə çıxış edən 128 nəfər barəsində həbs qətimkan tədbirli seçildi

Misir Müdafiə Heyətinin üzvü Əhməd əl-Kalleli İskəndəriyyə Cəza Məhkəməsinin 15-nin məhkəməsi qiyabi keçirilən 126 nəfərin hər birinə 10 il, 2 nəfərin hər birinə 3 ül həbs cəzası verildiyini bildirdi.

Kalleli 35 şübhəlinin isə dəlil çatışmazlığı səbəbindən bəraət aldığını söylədi.

Məhkəmə qərarları apellyasiyaya verilə bilər.

Məhkəməsi qiyabi keçirilən şübhəlilər təslim olduqdan sonra  onlar barəsində təkrara məhkəmə işi qaldırılacaq.

Qeyd edək ki, Misirdə demokratik seçkilər nəticəsində hakimiyyətə gələn prezident Məhəmməd Mursinin 3 iyul 2013-cü ildə hərbi çevrilişlə devrilməsindən sonra çoxu Müsəlman Qardaşları Təşkilatının üzvü olan yüzlərlə çevriliş əleyhdarı fərqli səbəblər göstərilərək həbs olunmuş  və barələrində məhkəmə işi açılmışdı.

 



Әlaqәli Xәbәrlәr