Cəsədlər adanın şimal sahilində üzə çıxıb

Yunanıstanın Midilli adası sahillərində immiqrantları daşıyan qayıq çevrilib.

719255
Cəsədlər adanın şimal sahilində üzə çıxıb

  Afina Xəbər Agentliyi beş nəfərin öldüyünü bildirib.

  Cəsədlər adanın şimal sahilində üzə çıxıb.

  Qaçqınların Assos tərəfdən Midilliyə doğru hərəkət etdiyi təxmin edilir.

  Avropa İttifaqı və Türkiyə arasında keçən il yazda imzalanan immiqrant razılaşmasına əsasən Yunanıstan tərəfi dəniz təhlükəsizliyini gücləndirsə də, hələ də ayda orta hesabla 60 adam yunan adalarına gedib çata bilir.

  Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, bu il 3629 qaçqın Türkiyədən Yunanıstana keçib. Keçən il isə təxminən 173 min nəfər Egey dənizini keçməyi bacarıb. Qaçqınların çoxu suriyalıdır.



Әlaqәli Xәbәrlәr