Cənubi Kıbrıs Rum İdarəsinin tətbiq etdiyi sanksiyalardan uşaqların payına düşən

Türk tərəfinə keçəcəklərini bildirdiklərinə görə ölkəyə girmələrinə icazə vərilməyən uşaqlar 24 saat müddətində hava limanında saxlanılıb, sonra da ölkələrinə geri qayıdıblar.

716735
Cənubi Kıbrıs Rum İdarəsinin tətbiq etdiyi sanksiyalardan uşaqların payına düşən

Kıbrıs Rum icmasının Kıbrıslı Türklərə qarşı tətbiq etdiyi sanksiyaların sərhəddi yoxdur.

Rumların ayrı-seçkilik qoyan siyasəti indi də uşaqların payına düşdü.

Şimali Kıbrıs Türk Cümhuriyyətində keçirilən 23 Aprel Milli Hakimiyyət və Uşaq Bayramı şənliğinə qatılmaq üçün Rum tərəfinin Larnaka hava Limanına gelən Serbiya qafiləsinin bölgəyə girməsinə icazə verilməyib.

Türk tərəfinə keçəcəklərini bildirdiklərinə görə ölkəyə girmələrinə icazə vərilməyən uşaqlar 24 saat müddətində hava limanında saxlanılıb, sonra da ölkələrinə geri qayıdıblar.

Şimali Kıbrıs Türk Cümhuriyyəti hadisəni sərt şəkildə tənqid edib.

Milli təhsil və mədəniyyət naziri Özdəmir Berova uşaqlara yönəldilmiş belə bir sanksiyanın ağla sığmayan siyasət olduğunu söyləyib.

Nazir deyib ki, uşaqlarımıza göstərilən bu hərəkətə görə çox kədərliyik. Xoşbəxt, şən bir festival havasında ölkələrinin rəqslərini nümayiş etdirəcək olan və uşaqlar arasında qardaşlığı və dostluğu gücləndirəcək bir tədbirə həm qatıla bilmədilər həm də adi günahkar kimi rəftara məruz qalaraq insan haqlarından məhrum bir şəkildə ölkələrinə deportasiya edildilər. Serbiyadan gələn uşaqları sonra keçiriləcək bir tədbirdə İstanbul üzərindən Şimali Kıbrıs Türk Cümhuriyyətinə gətirib qonaq edəcəyik. Bir uşaq festivalına qatılmaq istəyən uşaqlara sanksiya tətbiq etməyin məntiqli səbəbi və insani izahı ola bilməz.



Әlaqәli Xәbәrlәr