Homsdan təxliyə edilən 5-ci karvan da yola düşüb

Suriyada mühasirəyə salınmış bölgələrdən təxliyələr zamanı təşkil edilən və 126 adamın öldüyü hücumdan sonra ləğv edilən təxliyələr yenidən başlayıb.

714883
Homsdan təxliyə edilən 5-ci karvan da yola düşüb
Suriye  Vaer semtinden ikinci tahliye kafilesi ayrıldı.jpg
Suriye'de kuşatma bölgelerinden karşılıklı tahliyeler tamamlandı.jpg
Vaer itahliyeler başladı.jpg

Suriyada mühasirəyə salınmış bölgələrdən təxliyələr zamanı təşkil edilən və 126 adamın öldüyü hücumdan sonra ləğv edilən təxliyələr yenidən başlayıb.

Homsda Əsəd rejiminin mühasirəsində olan Vaer məntəqəsindən təxliyə ediləcək dinc vətəndaş və hərbi ünsürlərin yer aldığı 5-ci karvan yola düşüb.

2 min 124 nəfərdən ibarət karvan “Fərat qalxanı” əməliyyatı çərçivəsində terror təşkilatı DEAŞ-dan təmizlənən Cerablus istiqamətində irəliləyir.

50 avtobusluq karvanda 510-u uşaq, 275-i qadın olmaq üzrə cəmi min 874 dinc vətəndaşın, qalanların isə hərbi müxaliflərdən olduğu bildirilib.  

Karvanda 30 yaralı və 6 əlil daşıyan rejimin Qırmızı Aypara Cəmiyyətinə məxsus təcili yardım maşınları ilə yanaşı vətəndaşların əşyalarını daşıyan yük maşınlarının olduğu da açıqlanıb.

 Vaerdan indiyədək 10 min 600-dən çox adam təxliy edilərkən, gələcək həftələrdə daha 4 min 300 nəfərin təxliyə ediləcəyi planlaşdırılır.

 Digər tərəfdən Dəməşq yaxınlarında aprelin 15-də günü mühasirəyə alınmış bölgələrdən təxliyələr zamanı təşkil edilən hücumda ölənlərin sayı 126-ya çıxıb. Ölənlərdən 68-i uşaqdır.



Әlaqәli Xәbәrlәr