Kərkükdə Türkmeneli Partiyasının binası atəşə tutuldu

İraqın Kərkük şəhərində yerləşən Türkmeneli Partiyasının binası kimliyi hələ müəyyən olunmayan şəxslər tərəfindən atəşə tutuldu.

713871
Kərkükdə Türkmeneli Partiyasının binası atəşə tutuldu

İraqda Türkmeneli Partiyasının sözçüsü Teymur Beyatlı Kərkükün cənub-qərbindəki Leylan bölgəsinin Yahyava kəndində yerləşən Türkmeneli Partiyası binasının kimliyi hələ müəyyən olunmayan şəxslər tərəfindən atəşə tutulduğunu bildirdi.
 
 Beyatlı "Cinayətkar dəstələr Kərkükdəki gərgin şəraitdən istifadə edərək xalqa zülm edir. Partiya binalarımızın hədəf alınmasını gözləyirdik" dedi.
 
 Beyatlı Mərkəzi hökumətə: "Kərkükü və Türkmənlərin  təhlükəsizliyini qoruyun" çağırışı etdi.



Әlaqәli Xәbәrlәr