Beynəlxal cəmiyyət Misirdə kilsəyə təşkil edilən hücumu lənətləyib
İordaniya, Fələstin, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreynin, Həmas, Fələstin Xalq Qurtuluş Cəbhəsi və İslam Əməkdaşlıq Təşkilatı, Misirin Tanta şəhərində bir kilsənin hədif götürüldüyü hücumu lənətləyib.

İordaniya Kraliyyət məclisindən verilən açıqlamada, bildirilib ki, İordaniya Kralı 2-ci Abdullah, Misir prezidenti Abdülfəttah əs-Sisiyə göndərdiyi başsağlığı məktubunda hadisəni pisləyib və alçaq bir hücum olduğunu ölkəsinin terrora qarşı mübarizə, təhlükəsizlik və sabitliyin qorunması mövzularında Misir ilə əməkdaşlıq etdiyini qeyd edib və hadisədə həyatını itirənlərin ailələrinə başsağlığı, yaralılara təcili şəfa arzulayıb.
Fələstin Dövlət Başçısı Mahmud Abbas da, Fələstin rəhbərliyi və xalqının, Misiri hədəf götürən terrora qarşı Qahirə rəhbərliyinin, xalqının və ordusunun yanında olduğunu ifadə edərək hücumu lənətləyib. Misir xalqı və hökumətinə, Misir Kıpti-Ortodoks Patriarxı II-ci Tavadrosa başsağlığı verib.
Səudiyyə Ərəbistanı Xarici işlər nazirliyindən verilən açıqlamada: “xain terror aktları, dini, əxlaqi və insani dəyərlərə ziddir” deyilib. Qətər xarici işlər Nazirliyi də Misirdə kilsənin hədəf götürüldüyü hücumu pisləyib və terrorun hər cürünü lənətlədiklərini bildirib.
Amerika Birləşmiş Ştatları dövlət katibi, Fransa prezidenti Fransua Hollande, Fransa xarici işlər naziri Jean-Marc Ayrault, sabiq baş Baş nazir Manuel Valls hücumu qınayıblar.
Әlaqәli Xәbәrlәr

Si Tsinpin: “Ölkədə yoxsulluq bitdi”
Çin Prezidenti Si Tsinpin ölkədə həddindən artıq yoxsulluğun bitdiyini açıqladı.