Rusiya Suriyadakı hava təhlükəsizliyi razılaşmasını təxirə saldı

Rusiya ABŞ-ın Suriya hökumətinin aviabazalarına zərbə endirməsi ilə əlaqədar olaraq Suriyada əməliyyatlar zamanı Vaşinqtonla aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınması haqqında Memorandumun fəaliyyətini daya

707907
Rusiya Suriyadakı hava təhlükəsizliyi razılaşmasını təxirə saldı

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, Rusiya tərəfi Suriyada əməliyyatlar zamanı aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınması haqqında ABŞ-la imzalanan Memorandumun fəaliyyətini dayandırır".

BMT Təhlükəsizlik Şurasını təcili yığıncağa çağıran Rusiya Xarici İşlər Nazirliyi, ABŞ-ın əməliyyatının  iddia edilən kimyəvi hücum əvvəlində planlaşdırıldığını da irəli sürüb.

Qeyd edək ki, ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri dünən Suriyada hökumət qüvvələrinin aviabazasına raket zərbələri endirib. ABŞ-ın iddiasına görə, zərbələr Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirilib. 

 



Әlaqәli Xәbәrlәr