İran ABŞ-nın Suriyaya hücumunu pisləyib

Amerika Birləşmiş Ştatları Suriyanın Şaryat hava bazasına rekat zərbələri endirib. Hücum nəticəsində 4 Suriya əsgəri ölüb.

707632
İran ABŞ-nın Suriyaya hücumunu pisləyib
abd, suriye'yi vurdu.jpg

Hücum zamanı hava bazasındakı qırıcılar, yanacaq stansiyaları ilə hava bazasına məxsus binalar hədəf götürülüb.

Prezident Donald Trump, Əsəd rejiminin kimyəvi silah istifadə etməsiylə əlaqədar şübhə olmadığını qeyd edib. Zərbə endirilən hava bazasında kimyəvi silahların olduğunu və Suriya rejiminin beynəlxalq kimyəvi silah razılaşmalarını dəfələrlə pozduğu üçün belə bir qərara gəldiklərini bildirib.

Əsəd rejiminin İdlipdə məsum uşaqlara rəhm etmədiyini ifadə edən Trump, hərbi bazanı hədəf götürən hücum əmrini özünün verdiyini vurğulayıb.

ABŞ dövlət katibi Rex Tillerson da əməliyyatdan əvvəl Rusiya başda olmaqla, bəzi Müttəfiqlərə Suriyaya raket hücumu təşkil edəcəkləri haqqında məlumat verdiklərini qeyd edib. Pentaqon isə növbəti təlimata qədər əməliyyata son qoyulduğunu açıqlayıb.

Baş nazir müavini Numan Kurtulmuş, ABŞ-nın reket zərbələrinin müsbət addım olduğunu ifadə edərək: ABŞ-ın Suriyaya istiqamətli əməliyyatının sülhə töhvə verməsini arzu edirik. Əsəd rejiminin öz xalqına yönəlik hücumları sona çatana qədər BMT sanksiya tətbiq etməli” deyib.

İsrail Baş naziri Binyamin Netenyahu, Suriya rejiminə kimyəvi silahlar mövzusunda çox sərt reaksiya verərək, Trumpın əməliyyat qərarını dəstəkləyib.

Rusiya isə Birləşmiş Millətlər Təşkilatına çağırış edib ki, mövzunu müzakirə etmək üzrə təcili yığıncaq təşkil etsin. İran isə ABŞ-nın hücumunu qınayıb.



Әlaqәli Xәbәrlәr