"Bu, Rusiyaya bir gözdağıdır", E.Bozoğlan

Suriya Türkmən Məclisinin sədri Emin Bozoğlan Amerika Birləşmiş Ştatlarının Suriya rejimi hava bazasını vurmasını müsbət qarşıladığını bildirib.

707935
"Bu, Rusiyaya bir gözdağıdır", E.Bozoğlan

  E.Bozoğlan Anadolu Agentliyinə (AA) verdiyi müsahibədə deyib:

  “Suriyada zülmün sona çatması üçün cəhdləri davam etdirmək lazımdır. Bəşər Əsəd rejiminin İdlib cənubundakı Xan Seyhun diyarına təşkil etdiyi kimyəvi silah hücumu nəticəsində uşaqlı-böyüklü günahsız vətəndaşlar böyük ziyan gördü. Tramp bu hücumla iradəsini göstərdi. Suriyada illərdir tətbiq olunan zülm, günahsız insanların öldürülməsinə qarşı əvvəlki ABŞ rəhbərliyinin belə bir iradə göstərməsi bizi məmnun etdi.

  Bu, Rusiyaya bir gözdağıdır. Eyni zamanda, rejimin Suriyada bənzər hücumlardan geri çəkiləcəyi və günahsız insanların ölümünə mane olacağını düşünürük.

  Beynəlxalq ictimaiyyət artıq bu vəhşiliyə tamaşaçı qalmamalıdır.”



Әlaqәli Xәbәrlәr