İdlibdə həyata keçirilən hücumda sinir Qazı istifadə edilib

Dünya Sağlamlıq Təşkilatı, Suriyanın İdlib şəhərində ötən gün həyata keçirilən hücumda sinir qazından istifadə edildiyinə dair dəlillər olduğunu bildirib.

706426
İdlibdə həyata keçirilən hücumda sinir Qazı istifadə edilib

Dünya Sağlamlıq Təşkilatının hücum ilə əlaqəli açıqlamasında: “Suriyanın İdlib şəhərində aralarında uşaqların da olduğu 70-dən çox adamın həyatını itirməsinə və yüzlərlə dinç sakinin mənfi təsirlənməsinə gətirib çıxaran hücumda yüksək səviyyədə zəhərli kimyəvi maddə istifadə edildiyinə dair hesabatların açıqlanmasına görə, təşkilat hazır vəziyyətə keçib. Ötən gün həyata keçirilən hücum, 2013-ci ildə Suriyanın Quta şəhərindəki hücumdan sonra ən dəhşətli kimyəvi silah hücum hesab edilir. İdlibdə bu gün səhər də yüksək səviyyədə kimyəvi silah istifadə edildiyi qeydə alınıb. Bölgədəki xəstəxanaların tutumu isə məhdud olduğu üçün bəzi xəstələr Türkiyəyə cəlb olunub. Hücumdan təsirlənənlərdə yaranan tənəffüs çatışmazlığ, onların ölümünə səbəb olur. Bəzi hallarda sinir qazı ehtiva edən orqanik fosfora məruz qalındığını göstərən əlamətlər də var” deyə vurğulanıb.



Әlaqәli Xәbәrlәr